Xarici diplomların tanınması prosesində YENİLİKbackend

Xarici diplomların tanınması prosesində YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması prosesi ilə bağlı ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə istifadə rahatlığı parametri üzrə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edir.
Bu barədə Oxu.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Belə ki, agentlik müasir dizaynda yeni veb saytını (www.tkta.edu.az) vətəndaşların xidmətinə təqdim edib. Təqdim olunan veb sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb.
Əlavə olaraq, agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.
Agentlik vətəndaşları yalnız yuxarıda qeyd edilən və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməyə çağırır. Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyi, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadıqları bildirilir.
Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda info@tkta.edu.az elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.