“Xarici havadarları erməni baş nazirinin “başını sığallamağa” davam edir”-ŞƏRHbackend

“Xarici havadarları erməni baş nazirinin “başını sığallamağa” davam edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi İrəvan sülhü öz şərt və tələbləri çərçivəsində istəyir. Belə ki, ermənilər istəyirlər ki, Qarabağda yaşayan etnik ermənilərin hüquqları sülh müqaviləsində öz əksini tapsın, digər tərəfdən Laçın yolundakı sərhəd postu ləğv olunsun ki, onlar sərbəst şəkildə Qarabağa silah-sursat daşısınlar və Zəngəzur dəhlizi müəyyən şərtlər müqabilində açılsın. Paşinyanın əsas məqsədləri, manevrləri, oyunları buna hesablanıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq Ermənistanın havadarlarına arxalandığına diqqət çəkib:

“Ermənistanın xarici havadarları da erməni baş nazirinin başını sığallayır və bir çox hallarda onun bu hərəkətlərinə yaşıl işıq yandırırlar. Bunun fonunda Fransanın Qarabağ məsələsindəki siyasi addımlarının Azərbaycanın maraqlarına tamamilə zidd olduğunun şahidi oluruq. Parisdən Qarabağla, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı qərəzli bəyanatlar qəbul olunur. Bu qəbuledilməzdir”.

F. Sadıxov hesab edir ki, Rusiya sülhməramlıları Qarabağda “suları bulandırmaq”la məşğuldur:

“Ermənilərin müəyyən addımlarına göz yumur, sanki təxribatlara şərait yaradır. Belə halda isə Ermənistan rahatlıqla təxribatlarına davam edir. Azərbaycan öz konkret addımlarını atacaq və antiterror əməliyyatlarına başlaya bilər. Rəsmi Bakı öz ərazi bütövlüyünə hər hansı zərbə vurulmasına heç vaxt imkan verməyəcək”.

//Gülnarə Abasova, Editor.az