Xarici işlər nazirlərinin “3+3” formatında ilk görüşü Tehranda olacaqbackend

Xarici işlər nazirlərinin “3+3” formatında ilk görüşü Tehranda olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda İranda xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçiriləcək.

Editor.az mənbələrə istianədən xəbər verir ki, Ermənistan da xarici əlaqələr idarələri rəhbərlərinin görüşündə iştiraka razılıq verib. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan bildirib ki, “3+3” platforması çərçivəsində keçirilən görüşlər regionda aktual olan məsələlərin həllinə əhəmiyyətli təsir göstərəcək.

Onu da əlavə edək ki, “3+3” platformasının təşəbbüskarı Azərbaycan prezidenti İlham Əliyev olub. O, bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib.

//Samir Qurbanov, Editor.az