backend

Xarici KİV nümayəndələri və hərbi attaşelər erməni vəhşiliyinin qurbanı olmuş 2 yaşlı Zəhranın və nənəsinin məzarını ziyarət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Alıxanlı kəndində həlak olmuş 2 yaşlı Zəhra Quliyeva və Sahibə Allahverdiyevanın qəbrini ziyarət ediblər.
Alxanlı kənd qəbiristanlığına gələn KİV nümayəndələri və diplomatlar nənə və nəvənin xatirəsinə ehtiramlarını bildiriblər.
Alıxanlı kəndin sakinləri qonaqlardan erməni vəhşilikləri və baş verən bu haqsızlıqları ali tribunalarda səsləndirmələrini xahiş ediblər.
“Qoy, dünya uşaq ölümünə göz yummasın”, – deyə sakinlər bildiriblər.
Qeyd edək ki, TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA “Novosti”, “Amerikanın Səsi”, “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, eləcə də, ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları da daxil olmaqla, 12 dövlətin 15 hərbi attaşesinin Alxanlıya səfəri təşkil olunub.
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
//APA