“Artıq onlarla əcnəbi Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya gəlib. Onlar Ukrayna prezidenti Volodomir Zelenskinin təcavüzkar ölkəyə müqavimət göstərməyə kömək etmək çağırışına cavab veriblər”.
Editor.az xəbər verir ki, Britaniyanın “The Independent” nəşrinin məlumatına görə, gələnlər arasında Hollandiya, Böyük Britaniya, Kanada və ABŞ-dan keçmiş əsgərlər, xilasedicilər və adi mülki şəxslər də var.
Xatırladaq ki, bir neçə gün əvvəl Zelenski xarici vətəndaşları Ukraynaya gələrək Ukrayna Silahlı Qüvvələrinə kömək etməyə çağırmışdı. “Ukraynanın, Avropanın və dünyanın müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib rus hərbi cinayətkarlarına qarşı ukraynalılarla çiyin-çiyinə döyüşə bilər”, o, xalqa müraciətində deyib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha sonra bildirib ki, ölkə döyüşlərə qoşulmaq üçün əcnəbilərdən yüzlərlə müraciət alıb və Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu adlı yeni batalyon yaradıb. O, vətəndaşları Ukraynanın öz ölkələrindəki səfirliklərində buna yazılmağa çağırıb. Onların Ukraynaya girişi mümkün qədər sadələşdiriləcək”, – Kuleba bildirib.
//Gülnarə Abasova, Editor.az

