Xarici qüvvələr Gercüstanda dövlət çevrilişi həyata keçirməyə çalışır – Tbilisi meri Kaxa Kaladzebackend

Xarici qüvvələr Gercüstanda dövlət çevrilişi həyata keçirməyə çalışır – Tbilisi meri Kaxa Kaladze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib ki, xarici qüvvələr ölkədə dövlət çevrilişi həyata keçirməyə çalışır. O, həmçinin İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə iştirakını tənqid edib: “Əlbəttə, ölkədə dövlət çevrilişi, inqilab etmək üçün kənardan cəhdlər var.

Buna hətta mitinqə gələn əcnəbiləri misal göstərmək olar”, – deyə Kaladze “Rustavi-2” telekanalında bildirib.

Dünən, mayın 15-də Tbilisidə parlament binası qarşısında qəbul edilmiş xarici agentlər haqqında qanuna qarşı növbəti aksiya keçirilib. Aksiyada səfərdə olan Latviya, Estoniya, Litva və İslandiyanın xarici işlər nazirləri Bayba Braze, Marqus Tsahkna, Qabrielius Landsbergis və Thordis Kolbrun Reykfjord Gilfadottirda iştirak ediblər.

Mitinqdə xarici işlər nazirlərinin olmasını şərh edən Kaxa Kaladze deyib: “Bu, dostluq deyil, düşmənçilik və ölkədə qütbləşməni tətbiq etmək cəhdidir.

Xarici işlər nazirimiz İrəvana gəlib müxalifətin mitinqində iştirak etməsini necə təsəvvür edərsiniz? Münasibət necə olardı? Biz hər şeyi ö adı ilə adlandırmalıyıq”, -Kaladze vurğulayıb.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Ölkə prezidenti Salome Zurabişvili buna veto qoyacağını bildirib. Lakin deputatların əksəriyyəti prezidentin qərarının əleyhinə səs verərsə, parlament bundan yan keçə bilər. Qanun layihəsinin təşəbbüskarı olan “Gürcü arzusu” partiyası parlamentdəki 150 yerdən 84-nə malikdir.

//Samir Qurbanov, Editor.az