Xarici turistlər də Qarabağa gedə biləcəklərbackend

Xarici turistlər də Qarabağa gedə biləcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər.

Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcək.

Qeyd edək ki, icazələri 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə etmək mümkündür.