Xarkov istiqamətində vəziyyət son dərəcə çətindir – Volodimir Zelenskibackend

Xarkov istiqamətində vəziyyət son dərəcə çətindir – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov istiqamətində vəziyyət son dərəcə çətindir – Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Xarkov istiqamətində bir neçə rayonda son dərəcə çətin vəziyyətin olduğunu bildirib.

Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri müttəfiqlərin hərbi yardımında gecikmə hiss edir.
Editor.az bildirir ki, bu barədə Ukrayna prezidenti X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Bir sıra bölgələrdə, xüsusən də Rusiya qoşunlarının böyük hissəsinin cəmləşdirdiyi yerlərdə vəziyyət olduqca çətindir”.

Zelenski əlavə edib ki, Rusiya ordusu Qərbdən “hərbi yardımın gecikməsindən istifadə edir”. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində artilleriya, təkmil hava hücumundan müdafiə və uzaqmənzilli silahlar çatışmazlığı var. Eyni zamanda, Ukrayna yardımı bərpa etmək və ölkə daxilində müdafiə sənayesinin potensialını artırmaq üçün tərəfdaşlarla işləyir.

Qeyd edək ki, yanvar ayında Ukrayna və Böyük Britaniya təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Fevralın 16-da Ukrayna Almaniya və Fransa ilə analoji müqavilələr bağlayıb. Razılaşmalara əsasən, ölkələr Kiyevə hərbi yardım edəcək və demokratik islahatları dəstəkləyəcək.

//Samir Qurbanov, Editor.az