Xarkov meri: Cərimə olunsam da, rus dilində danışacağambackend

Xarkov meri: Cərimə olunsam da, rus dilində danışacağam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “United News” telekanalının efirində qeyri-dövlət dilindən istifadə etdiyinə görə, dil ombudsmanı tərəfindən 3400 qrivna məbləğində cərimələnən Xarkov meri İqor Terexov Xarkov sakinləri ilə rus dilində əlaqə saxlamağa davam edəcəyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə “Suspilne” nəşri yazıb. Merin sözlərinə görə, “inanıram ki, bu gün bizim tamam başqa işlərimiz var. İnanıram ki, bu gün bizim üçün ən vacib şey qələbədir.

Rəsmi olaraq mən ukraynaca danışacağam. Xarkovlularla ünsiyyətimə gəlincə, rus dilindən istifadə edəcəyəm”. Eyni zamanda, Terexov dil qanununu pozduğuna görə cərimə ödəyib-ödəməyəcəyini dəqiqləşdirməyib. Merin dekabrın 4-dək Ombudsmanın qərarından apellyasiya şikayəti verməsi lazımdır.

//Samir Qurbanov,Editor.az