Xarkov müdafiə olunurbackend

Xarkov müdafiə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 10-na keçən gecə Xarkov vilayətində yeni hücuma başlayan rus işğalçılarının bütün həmlələri dəf edilib.

Editor.az bildirir ki, bu barədə VHA-nın rəhbəri Oleq Sinegubov milli telemarafonda çıxış edərək öz Facebook səhifəsində məlumat yayıb: “Düşmən Xarkov vilayətinin şimalında yeni hücum əməliyyatlarına başlayıb və geri oturdulub.

Buna uyğun olaraq hələ ki, heç bir ərazi itkisi yoxdur”, – Sinegubov bildirib. Onun sözlərinə görə, işğalçıların keçməyə çalışdıqları yaşayış məntəqələri əslində Rusiya Federasiyası ilə sərhəddən 1-2 km aralıda yerləşir: “İndi orada aktiv döyüşlər gedir”, – Xarkov VHA rəhbəri vurğulayıb. Sinegubov Rusiya Federasiyası ilə sərhədə bitişik ərazilərin sakinlərini təxliyə etməyə çağırıb.

//Samir Qurbanov, Editor.az