Xarkov şəhəri “Şahed”lərin hədəfində: şəhərdə yanğın başlayıbbackend

Xarkov şəhəri “Şahed”lərin hədəfində: şəhərdə yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 23-nə keçən gecə Xarkov “Şahed” tipli kamikadze-dronların kütləvi hücumuna məruz qalıb. Yerli hakimiyyət orqanları hücumlar haqqında məlumat verir.

Mer İqor Terexovun açıqlamasına görə, saat 01:00-dan 02:16-dək Rusiya Federasiyasının ordusu şəhərə 6 hücum həyata keçirib. İlkin məlumata görə, bütün zərbələr Novobavarski rayonunda baş verib. O, Telegram-da yazıb: “”Desantların” baş verdiyi yerdə genişmiqyaslı yanğın var. Xarkova gecə hücumunun digər nəticələri aydınlaşdırılır”.

Məlum olduğu kimi, hazırda Rusiya pilotsuz təyyarələrinin Ukraynaya reydi davam edir. Sumı, Xarkov, Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərində həyəcan təbili çalınıb. Zaporojye hərbi administrasiyasının rəhbəri İvan Fedorov hava hücumundan müdafiə sisteminin işi barədə məlumat verib.

//Samir Qurbanov, Editor.az