Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri artıq 24 yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat verib. O daha sonra bildirib ki, mayın əvvəlində işğaldan azad edilən Kutuzovka kəndində 170-ə yaxın yerli sakin iki aydan çox uşaq bağçasının zirzəmisində yaşayıb ki, onların arasında da 3 aydan 12 yaşa qədər 40 uşaq da olub
Editor.az

