Mayın 22-də səhər saatlarında işğalçı ölkə Rusiyanın ordusu Xarkov vilayətinin Çuquev şəhərinin mərkəzini atəşə tutub.
Bu barədə vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubov Telegram-da məlumat verib. Mayın 22-də səhər saatlarında Rusiya hərbçiləri Xarkov vilayətinin Çuquev şəhərinin mərkəzi hissəsinə zərbələr endirib, – Oleq Sinegubov bildirib: “İlkin məlumatlara görə, xəsarət alan qadınla bağlı məlumat daxil olub”, – yazıda deyilir.
Sinegubov həmçinin bildirib ki, Rusiyanın zərbəsi nəticəsində bir uşaq bağçası zədələnib, mərmiyə məruz qalan əraziyə baxış davam edir.
//Samir Qurbanov, Editor.az

