Xarkov vilayətinin ruslar tərəfindən işğal olunmuş ərazilərinin mülkü əhalisi köçürülürbackend

Xarkov vilayətinin ruslar tərəfindən işğal olunmuş ərazilərinin mülkü əhalisi köçürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin hakimiyyəti bu rayonların bütün sakinlərini Rusiyaya “evakuasiya” etməyə başlayıb.

Editor.az xəbər verir ki, bu barədə vilayətin hərbi-mülki administrasiyasının qondarma rəhbəri Vitali Qançev məlumat verib. Qançov həyatlarının xilası naminə sakinlərə təxliyə olunmağı tövsiyə edib. Onun sözlərinə görə, müvəqqəti məskunlaşma mərkəzlərində “administrasiya”nın nümayəndələri işləyir, onlar “qaçqınları” qida, istilik və dərmanlarla təmin etməyə hazırdırlar.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri əks hücuma keçdikdən və bəzi yaşayış məntəqələrini azad etdikdən sonra ruslar Xarkov vilayətinin işğal olunmuş ərazisindən “evakuasiya” elan ediblər. Evakuasiyalar sentyabrın 9-da Xarkov vilayətinin İzyum, Kupyansk və Velikiy Burluk qəsəbələrindən başlanıb.

//Samir, Editor.az