Xarkov vilayətinin Volçansk istiqamətində vəziyyət sabitləşibbackend

Xarkov vilayətinin Volçansk istiqamətində vəziyyət sabitləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin sərhədyanı Volçansk şəhərində vəziyyəti sabitləşdirib.

Editor.az bildirir ki, bu barədə mayın 21-də milli telemarafonda “Xortitsa” operativ-strateji qoşun qrupunun (OSGV) spikeri Nazar Voloşin məlumat verib: “Hazırda Xarkov vilayətində əməliyyat şəraiti çətin olaraq qalır, o, dinamik şəkildə dəyişir. Bununla belə, müdafiə qüvvələrimiz və bütün cəlb olunmuş bölmələr Volçansk şəhərində vəziyyəti sabitləşdirə biliblər”, – Voloşin bildirib.

Onun sözlərinə görə, işğalçılar Liptsy, Volçansk və Staritsa yaxınlığında Ukrayna müdafiəsini yarmaq cəhdlərindən əl çəkmirlər. İşğalçılar yerüstü hücumları hava zərbələri ilə birləşdirir”, – deyə spiker vurğulayıb. O əlavə edib ki, Xarkov istiqamətində toqquşmaların sayı ötən günlə müqayisədə demək olar ki, iki dəfə azalıb.

//Samir Qurbanov, Editor.az