Xarkov vuruldu, tələfat və dağıntı varbackend

Xarkov vuruldu, tələfat və dağıntı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 22-də günorta saatlarında RF ordusu Xarkovu atəşə tutub.

Editor.az bildirir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. İlkin məlumatlara görə, işğalçılar idarə olunan hava bombası ilə zərbə endiriblər. Nəticədə yanacaqdoldurma məntəqəsi yanıb, kafeyə ziyan dəyib. Şəhər meri İqor Terexov işğalçıların şəhərin Şevçenko rayonunu bombalamasına aydınlıq gətirib.

Daha sonra Sinequbov bildirib ki, azı 4 nəfər xəsarət alıb, onlardan birinin (trolleybus sürücüsü) vəziyyəti ağırdır: “Yaşayış binasında yanğın olub, avtomobillərə ziyan dəyib” deyə VHA rəhbəri yazıb.

//Samir Qurbanov, Editor.az