Rusiya işğalçıları Xarkov vilayətinin ən azı 15 yaşayış məntəqəsini atəşə tutub, bir nəfər ölüb.
Editor.az bildirir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinegubov məlumat verib: “Son sutka ərzində düşmən top və raket artilleriyasından, tank və minaatanlardan Xarkov, Kupyanski və Çuqevski rayonlarının ən azı 15 yaşayış məntəqəsini atəşə tutub. Volçansk şəhərinə hava zərbəsi endirilib”.
Sinegubovun sözlərinə görə, Kupyanskda özəl yaşayış sahəsində evlərə ziyan dəyib, yanğınlar başlayıb: “Kupyanski rayonunun Dvureçnaya kəndinin atəşə tutulması nəticəsində fərdi yaşayış evinə ziyan dəyib, yanğın baş verib.
Təəssüf ki, 68 yaşlı mülki şəxs həlak olub”, – VHA-nın sədri qeyd edib. Bundan əlavə, Çuqevski rayonunun Volçansk şəhərində düşmən ilkin tibbi yardım mərkəzini atəşə tutub. Xəstəxana binalarına, qarajlara və avtomobillərə ciddi ziyan dəyib. Xarkov vilayətinin Pervomayskoye şəhərində də yaşayış binasına ziyan dəyib, bir nəfər yaralanıb. Ona yerindəcə tibbi yardım göstərilib.
//Samir Qurbanov, Editor.az