Xarkov yenə vuruldu, 8 dinc sakin öldü – VİDEObackend

Xarkov yenə vuruldu, 8 dinc sakin öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində çoxmərtəbəli binaya və bir yaşayış evinə aviazərbə endirilib.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İzyum şəhərinin merinin müavini Vladimir Maçokin açıqlayıb.

Onun sözlərinə görə, hadisə martın 2-dən 3-nə keçən gecə baş verib.

Bildirilir ki, zərbə nəticəsində evdə olan 8 nəfər həlak olub. Onlardan 2-si uşaqdır. Sosial şəbəkələrdə hadisənin videogörüntüləri yayılıb.