Rusiyanın Ukrayna müharibəsi fonunda dinc əhali arasında itkilər artmaqda davam edir. Editor.az-ın “Haberler.com”a istinaden verdiyi məlumata görə, Ukraynanın şərqində yerləşən Xarkovda rusların əsas hədəfi hündürmərtəbəli binalar olub. Hadisə yerinə gələn tibb işçiləri və axtarış-xilasetmə qruplarının müdaxiləsindən sonra dağıntılar altında qalan mülki şəxslər çıxarılıb. Mülki yaşayış məntəqələrinə zərbələr endirməsi nəticəsində 11 uşağın öldüyü, 40-dan çox dinc sakinin yaralandığı açıqlanıb.
Qeyd edək ki, Rayonun 50-dən çox təhsil müəssisəsinə də ziyan dəyib.
//Editor.az

