Xarkovda ölən və yaralananların sayı artırbackend

Xarkovda ölən və yaralananların sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 31-də saat Rusiyanın Xarkova hücumları nəticəsində yaralananların sayı 23, ölənlərin sayı isə 3-ə çatıb.

Editor.az bildirir ki, bu barədə Milli Polisin Xarkov vilayəti üzrə baş idarəsinin rabitə şöbəsi Telegram-da xəbər yayıb: “Düşmən sursatının çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində ölən bir kişi və bir qadının şəxsiyyəti müəyyənləşdirilir”, – Xarkov vilayətinin polis rəisi Vladimir Timoşko bildirib.

Milli Polis əlavə edib ki, daha bir Rusiya döyüş sursatı mülki istehsalat müəssisəsinin ərazisinə düşərək, 65 yaşlı mühafizəçini öldürüb və istehsalat binalarına ziyan vurub.

//Samir Qurbanov, Editor.az