Xarkov oktyabrın 6-da cümə günü saat 7:00 radələrində hücuma məruz qalıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Xarkov şəhər meri İqor Terexov teleqram hesabında məlumat verib.
“Xarkov şəhəri atəş altındadır. Şəhərin mərkəzinə hücum barədə məlumat var”-deyə, o bildirib.
Vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, Xarkovda baş verən iki hücum nəticəsində 9 mülki şəxs təcili tibbi yardıma müraciət edib, qurbanlar arasında 11 aylıq uşaq da var.
//Safura Bənnayeva, Editor.az

