Xatirə həmkarlarına səsləndi: “O foto çox baxış və reytinq verir”backend

Xatirə həmkarlarına səsləndi: “O foto çox baxış və reytinq verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neçə gündür özümə gələ bilmirəm. Allah sənət dostlarımıza rəhmət eləsin. Biz hamımız bu dünyada qonağıq, bir gün hamı ölümü dadacaq. Heç kim bu dünyanı tutub qalmayacaq”.

Editor.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Sənət dostlarına səslənən ifaçı dünyasını dəyişən tanınmışların xəstə halda fotosunu paylaşanları tənqid edib:

“Bir də məşhurlardan bir xahişim olacaq: Kimsə xəstə olan ərəfədə gedib hansısa sənətkarla şəkil çəkdirirsə, dünyasını dəyişən saniyə həmin fotonu paylaşıb, yazır ki, Allah rəhmət eləsin. Sizin həmin məşhurla sağlam vaxtı çəkilən fotonuz yoxdur? Bununla onu demək istəyirsiniz ki, yəni xəstə olanda baş çəkənlərdən olmusunuz? Axı gözəl bilirsiniz ki, bütün xəbər səhifələri həmin fotonu paylaşacaq. Bunu etməyin, sənətkar ən gözəl rəsimləri, gülən fotoları ilə yadda qalsın. Əgər lazım olsaydı, hansı halda olduğunu efirə çıxıb göstərərdi. Hamıdan qaçıb o halını gizlədirsə, ən sonuncu halını paylaşmayın. Başa düşürəm, o foto çox baxış və reytinq verir. Amma bu gün hamı üçün var”.