Uzun müddətdir efirlərdə görünməyən Xatirə İslam ATV kanalında yayımlanan “Günün sədası” verilişinin qonağı olub.
Yenisabah.az xəbər verir ki, müğənnin aparıcı Nanə Ağamalıyevanın “Səhnəyə nə vaxt qayıdırsan?” sualına verdiyi cavab müzakirələrə səbəb olub. Belə ki, Xatirə İslam övlad sahibi olmaq üçün müalicə aldığını və bu arzusuna çatdıqdan sonra efirə dönəcəyini vurğulayıb:
“İnşallah, ana olandan sonra səhnəyə qayıdacam. Həm səhhətim, həm də yaşımla bağlı olaraq bu həkim mənim son şansımdır. İnşallah, qismət olsa, ana olduqdan soonra, sən məni istədiyin kimi görəcəksən”.
Xatırladaq ki, Xatirə İslam bir müddət əvvəl televiziyada yayımlanan bütün sponsorlu verilişlərə qonorar qarşılığında çıxacağını deyərək gündəmə gəlmişdi.

