Xavi: “Çempionluq əldən getdi”backend

Xavi: “Çempionluq əldən getdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın baş məşqçisi Xavi Ernandes “Kadis”ə məğlub olduqları oyundan sonra artıq çempionluğun itirildiyini qeyd edib.

Editor.az bu barədə “Sporx”a istinadən xəbər verir.

“Bu mövsüm çempionluqla bağlı ümidimiz tamamilə itdi. Bütün oyunlara final görüşü kimi baxırıq. Yeddi Oyunumuz qalıb və biz Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparmalıyıq. “Kadis” komandası güclü idi və qalib gəldilər. Bu oyunu qazanmaq üçün fürsətlərimiz çox olsa da yararlana bilmədik. Özümüzə qarşı tənqidi yanaşıb səhflərimizi axtarmalıyıq. Komandanın məğlubiyyətində ən böyük məsuliyyət mənim üzərimə düşür. Çempionlar Liqasına vəsiqə verən mövqeyin itirilməməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”,- deyə Xavi bildirib.

//Editor.az