“Bayer Münhen”in polşalı hücumçusu Robert Levandovski haqqında xəbərlər bitmir.
Editor.az “sporx” a istinadən xəbər verir ki, bu dəfə Xavi Martinez onun haqqında şok açıqlama verib.
”Leva ilə dünən danışdım. Hal-hazırda tək problemi azad agent statusu ala bilməməsi deyil. Ona “Bayer” səni satmasa başın bəladadır dedim. O isə La Liqada oynamaq istəyir. Mən onun “Barselona”da oynama ehtimalını düşünürəm. İspaniyada oynasa “qızıl top”u qazanacağına inanır. La Liqada oynamaq Bundesliqada oynamaqla eyni deyil”,- deyə o, bildirib.
Qeyd edək ki, polşalı ulduz Levandovski bu mövsüm “Bayer Münhen”in heyətində 43 matça çıxıb. O bu oyunlarda 48 dəfə fərqlənmə nail olub. Levandovski bu mövsüm 5 dəfə də qol vuran oyunçulara ötürmə verib.
//Nəzərbəy, Editor.az

