Hollandiya nəhəngi PSV hollandiyalı Xavi Simonsu heyətinə qatıb. Editor.az “sporx”a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Fransa nəhəngi PSJ-dən azad agent statusu alan futbolçu 2027-ci ilə qədər PSV formasını geyinəcək.
2019-cu ildə İspaniyanın “Barselona” klubundan transfer məbləği ödənilmədən PSJ-yə keçən Simons artıq ikinci dəfədir ki, heç bir ödəniş olmadan digər bir kluba keçir.
Qeyd edək ki, arxada qoyduğumuz mövsümdə PSJ-nin heyətində 16 oyuna çıxan Simons 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az