Xavier Tebas: “”Barselona” hal-hazırda Levandovskini transfer edə bilməz”backend

Xavier Tebas: “”Barselona” hal-hazırda Levandovskini transfer edə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq uzun müddətdir ki, polşalı hücumçu Robert Levandovskinin “Barselona” klubuna transfer olması ilə bağlı xəbərlər gündəmdən düşmür. Editor.az “sporx” a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar olaraq La Liqanın prezidenti Xavier Tebas açıqlama verib. Onun sözlərinə görə, “Barselona”nın Levandovski ilə müqavilə imzalaması üçün oyunçu satmalıdır.

“Barselona nə etmək lazım olduğunu bilir. Klub bizim iqtisadi qaydalarımıza bələddir və bizim maddi vəziyyətimizdən də xəbərdardır. Klubun maddi böhrana düşməməsi üçün bəzi qaydalar var. Barselona oyunçu satmalıdır və gəlirlərini artımalıdır. “Barselona” son illərdə çox maliyyə itkisi ilə üz-üzə qalıb. Hal-hazırda futbolçu satmadan Levandovski ilə müqaviləyə imza ata bilməzlər”,- deyə Tebas bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az