Argentina lideri Xavyer Miley BRİKS-ə üzv olmaq dəvətinə razılıq verməyib.
Editor.az bildirir ki, bu barədə məlumatı “Infobae” informasiya saytı yayıb. “Xavier Miley bir neçə gün əvvəl Si Cinpinə və Vladimir Putinə rəsmi məktublar göndərərək, Argentinanın BRİKS çoxtərəfli forumundan çıxdığını elan etdi”, – məlumatda deyilir.
Nəşr onu da bildirir ki, Miley öz qərarı ilə bağlı Hindistan, Braziliya və Cənubi Afrika liderlərini də məlumatlandırıb. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Argentinanın BRİKS-ə qoşulma prosesini dayandırdığını bildirmişdi.
//Samir Qurbanov, Editor.az

