Xəbərdarlıqlara məhəl qoymayan məmurların ACI AQİBƏTİ: “Prezidentin ortaya qoyduğu nümunədən yararlanmayan məmurların taleyi bəllidir”backend

Xəbərdarlıqlara məhəl qoymayan məmurların ACI AQİBƏTİ: “Prezidentin ortaya qoyduğu nümunədən yararlanmayan məmurların taleyi bəllidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezidentin xəbərdarlıqlarından dərs çıxarmayan məmurları acınacaqlı taleh gözləyir. Artıq özbaşınalıqlara yol verən bir neçə icra başçısı, nazir, yüksək səviyyəli məmurlar həbs olunub, vəzifələrindən azad edilib. Cəmiyyətdə onlara qarşı münasibət də birmənalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev dəfələrlə müxtəlif müşavirələrdə, yeni kadr təyinatlarında ən əsas vəzifələrdən biri kimi vətəndaşlarla sıx təmasda olmalarını, təmsil olunduqları regionların sosial-iqtisadi problemlərini müəyyənləşdirməyi, insanları narahat edən məsələləri araşdırmaq və onların həlli istiqamətində konkret işlər aparılması barədə tapşırıqlar verir:

” Dövlət Başçısı istənilən problemin maliyyə tutumundan, texniki tələbatına uyğun olaraq yerindəcə həll edilməsi ilə bağlı tapşırıq verdi və bildirdi ki, dövlət imkan xaricində olan iri maliyyə tutumlu layihələri isə aiddiyatı üzrə dövlət orqanları qarşısında qaldırılmalıdır. Vətəndaşlara qarşı obyektiv, qərəzsiz münasibət göstərilməli, bütün təbəqələrə, xüsusilə həssas şəhid ailələri və qazilərə qarşı diqqətli olmalı, onların problemləri ilk növbədə həll edilməlidir. Qazilərin müalicə məsələləri, onların sosiallaşması istiqamətində məşğulluq problemlərinin həlli, şəhid ailələrinin daim diqqətdə saxlanılması ilə bağlı ciddi tapşırıqlar verilib. Ölkə başçısı konkret nümunə ortaya qoyub. Müharibədən sonra tam məsuliyyətlə demək olar ki, 99 faiz şəhid ailəsi və qazilərin problemləri dövlət tərəfindən qarşılanıb. 12 min 500-dən artıq şəhid ailəsi mənzillə təmin olunub. Qazilərin bir çoxu minik avtomobillərlə təmin olunub. Onların müalicə-profilaktika məsələləri öz həllini tapır və ölkə daxili, xaricində müalicəsi təmin edilir. Dövlətlə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu, Yaşat Fondu və digər bir sıra ictimai təşkilatlar da proseslərdə yaxından iştirak ediblər. Belə olan halda bəzi məmurlar niyə görə görülən işlərdən kənarda qalmalıdır? Nəyə görə Dövlət Başçısının göstərdiyi nümunədən yararlanmamalıdır? Bu baxımdan cəmiyyətin mənəvi saflığına xidmət edən, milli birliyin təmin olunmasına istiqamətlənmiş görülən bu işlər tələb edir ki, məmurlar öz vəzifə səlahiyyətlərinə daha ciddi və ədalətli yanaşsın. Bu həm də cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar olmasına xidmət edir. Məmurlardan xüsusi yanaşma tələb olunmur, sadəcə Azərbaycan qanunvericiliyinə, Prezidentin apardığı siyasətə uyğun olaraq öz vəzifə və səlahiyyətlərini icra etməlidirlər. Hər bir yetkin məmur bu sahədə öz töhfəsini verməlidir. Gündəlik fəaliyyətində xüsusi qayğıya ehtiyacı olan bu təbəqəyə isə xüsusi diqqət ayırmalıdır. Belə olan halda biz cəmiyyət olaraq təkmilləşəcəyik, milli birliyə nail olacağıq. Əgər biz tam milli birliyə nail olsaq, heç bir xarici qüvvə bizim aramıza nifaq sala bilməz”.

//Gülnarə Abasova, Editor.az