Xələf Xələfov: “Qərbi Azərbaycana qayıdış bütün xalqımızın hədəfidir”backend

Xələf Xələfov: “Qərbi Azərbaycana qayıdış bütün xalqımızın hədəfidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi azərbaycanlıların qayıdışı uzun illərdən bəri tək Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının arzusu və milli hədəfidir. Qərbi Azərbaycana qayıdış cəmiyyətimiz və dövlətimizin üçün həssas, vacib məsələdir. Məsələnin indiki zamanda, Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar konteksində qaldırılması yerinə düşür.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə Milli Məclisdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, bu məsələyə milli və dövlət mövqeyindən yanaşmaq lazımdır.

Nazir müavini vurğulayıb ki, Qərbi Azərbaycan icmasının potensialı imkan verir ki, Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirək.