Xərçəngə tutulmamaq üçün bu məhsulları yeyinbackend

Xərçəngə tutulmamaq üçün bu məhsulları yeyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İldən ilə bütün dünyada xərçəng xəstəliyinə tutulan insanların sayı dayanmadan artır.

Alimlərin fikrinə görə, düzgün və sağlam qidalanma xərçəngin riskini xeyli azalda bilər. Bəzi məhsullar var ki, onların xərçəng əleyhinə təsiri digər məhsullarla müqayisədə daha güclüdür.

Sizə bu məhsulları təqdim edirik:

– Soğan və sarımsaq

Çoxsaylı araşdırmalar sübut edib ki, bu 2 tərəvəz həqiqətən xərçəngin riskini azaldır.

– Pomidor

Pomidor likopin maddəsi ilə zəngindir. Bu maddə ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaqla yanaşı həmçinin xərçəng əleyhinə təsirə malikdir.

– Kələm (bütün növlər)

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, kələmin istənilən növləri süd vəzi və bağırsaq xərçənginin riskini azaldır.

– Qırmızı üzüm

Məhz bu üzüm növü ən faydalı sayılır. Onun tərkibində olan “resveratrol” adlı güclü antioksidant ürək-damar sistemi xəstələklərinin və xərçəngin riskini azaldır.

– Sarıkök

Son zamanlar bu ədviyyatın populyarlığı bütün dünyada artmaqdadır. Bunun səbəblərindən biri sarıköklə bağlı olan son elmi araşdırmalardır. Alimlər sübut edib ki, sarıkök şəkərli diabet və xərçəngin riskini azaltmaq xüsusiyyətə malikdir.

– Çay

Həm yaşıl, həm də qara çay antioksidantlarla zəngin olduğundan bir çox xəstəliklərin və o cümlədən xərçəngin riskini azaldır.

– Lobya, noxud, mərci

Bu məhsullar orqanizmdən ziyanlı maddələri (toksinlər, şlaklar, ağır metalların duzları və s.) xaric etməyə kömək edir və bununla da bağırsaqları bədxassəli şişlərin əmələ gəlməsindən qoruyur.