Rus işğalçılarının Xerson şəhərini atəşə tutması nəticəsində 3 qadın həlak olub.
Editor.az bildirir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
“Rusiya artilleriyası Xersonda yaşayış məntəqəsini vurub. Həmin vaxt küçədə olan 3 qadın həlak olub”, – o qeyd edib.
Eyni zamanda nazir əlavə edib ki, şəhər və rayon hər gün düşmən atəşi altındadır. “Təkcə son 24 saat ərzində işğalçılar Xerson bölgəsini artilleriya ilə 10 dəfə vurublar”, – Klimenko deyib.
//Samir Qurbanov, Editor.az

