Xerson əhalisi Ukrayaya qarşı savaşa cəlb edilirbackend

Xerson əhalisi Ukrayaya qarşı savaşa cəlb edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçılar Xerson vilayətinin müvəqqəti işğal olunmuş rayonlarının sakinlərini Ukraynaya qarşı müharibəyə səfərbər etməyə çalışırlar.

Editor.az xəbər verir ki, bu barədə aprelin 21-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Xerson vilayətində işğalçılar əhalinin Ukrayna ilə müharibəyə məcburi səfərbər edilməsini təşkil etməyi planlaşdırır. Onlar həmçinin Ukrayna hakimiyyəti tərəfindən regiona göstərilən humanitar dəstəyi tamamilə dayandırmağı qarşılarına məqsəd qoyublar.”, – məlumatda deyilir.

Baş Qərargah “vilayətdə mülki əhaliyə qarşı terrorun davam etdiyini” də vurğulayıb: “Xerson rayonunun Zolotaya Balka kəndində işğalçı ordunun qoşunlarının nümayəndələri yerli əhali ilə görüş keçirərək, bundan sonra “yaşıl dəhliz”lərin olmayacağını, insanların kəndi tərk etməsinə qadağa qoyduqlarını bildiriblər. Onlar xəbərdarlıq ediblər ki, əgər mövqeləri Ukrayna Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşə tutularsa, o zaman yaşayış məntəqəsini gülləbaran edəcəklər.