Mayın 3-də Xerson vilayətinin atəşə tutulması nəticəsində 2-si uşaq olmaqla 17 nəfər həlak olub, 45 nəfər yaralanıb.
Editor.az bildirir ki, bu barədə Xerson VHA-nın rəhbəri Aleksandr Prokudin məlumat verib. Məlumatda deyilir: “Xerson icması üçün dəhşətli xəbər! İnsan olmayan raşistlərin hücumu nəticəsində 17 nəfər ölüb, 45 nəfər yaralanıb, onlardan 2-si uşaqdır”.
Gün ərzində Stepanovka və Muzykovka kəndləri arasındakı ərazidə energetiklər briqadası düşmən atəşi altında qalıb. Enerji şirkətinin 3 əməkdaşı aldıqları xəsarətlərdən dünyasını dəyişib. Həmçinin səhər saatlarında rayonun Daryevskaya hissəsinin atəşə tutulması nəticəsində bir nəfər ölüb. Atışma davam edir. Saat 19:59-a olan məlumata görə, Xersonda düşmənin atəşi nəticəsində daha bir nəfər həlak olub, dörd nəfər isə yaralanıb.
//Samir Qurbanov,Editor.az