Xerson vilayətinin qondarma rus “hakimiyyəti” Krıma qaçmağa hazırlaşırbackend

Xerson vilayətinin qondarma rus “hakimiyyəti” Krıma qaçmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xerson vilayətinin qondarma Rusiya “hakimiyyəti” Krıma qaçmağa hazırlaşır. Region hakimiyyətinin əməkdaşları yarımadanın ərazisinə keçməyə başlayıblar.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook-dakı xülasəsində məlumatda deyilir. Həmin məlumata görə, Xerson vilayətinin Alyoşki və Skadovsk qəsəbəsində qondarma işğalçı rus “hakimiyyəti” müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisinə qaçmağa hazırlaşır.

Fevralın 21-də yerli əməkdaşların Baxçasaray, Simferopol və Kerçə keçib getməsi qeydə alınıb. Fevralın 24-də isə işğalçılar bütün arzu edənlərə “evakuasiya” elan ediblər”. Məlumatda həmçinin rusların daşınması üçün hərbi yük maşınlarından istifadə edildiyi və bu zaman yalnız əl yükünə icazə verildiyi də xəbər verilir.

//Samir Qurbanov, Editor.az