Axşam saatlarında Xersonda güclü partlayışlar baş verib.
Editor.az bildirir ki, bu barəə Xerson Regional Dövlət Administrasiyasının Xerson üzrə rəhbəri Roman Mroçko məlumat verib. “Xersonda güclü partlayış səsləri eşidilir! Təhlükəsiz yerlərdə qalın! Açıq yerə çıxmayın!” Mroçko təfərrüatları açıqlamayıb, lakin yarım saat ərzində bölgədə hava hücumu xəbərdarlığı elan edilib.
Daha sonra Xerson Vilayət Dövlət Administrasiyası Rusiya təyyarələrinin Berislavdakı tibb müəssisəsinə hücum etdiyini bildirib. “İdarə olunan bomba nəticəsində xəstəxananın şöbələrindən birinin damı, iaşə, camaşırxana, qazanxana, qaraj, kommunal və anbar otaqlarına ziyan dəyib”, – deyə məlumatda bildirilir.
//Samir Qurbanov, Editor.az

