Xerson yaxınlığında maşın kolonu atəşə tutulub: ölənlər və yaralılar varbackend

Xerson yaxınlığında maşın kolonu atəşə tutulub: ölənlər və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı, mayın 17-də rus qoşunları “Qrad”lardan insanların olduğu maşın karvanını atəşə tutub. Xerson vilayətinin Davıdov Brod kəndi yaxınlığında atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“İnsanlar avtomobillərini Xerson vilayətinin Berislavski rayonuna aparmağa cəhd ediblər. Ən azı üç nəfər ölüb, daha altı nəfər müxtəlif xarakterli və ağır bədən xəsarətləri alıb”, – məlumatda deyilir.

Prokurorlar qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə birlikdə müharibə qanunlarının və adətlərinin pozulması faktı üzrə cinayət işi üzrə ibtidai istintaq aparırlar.

Milli.Az