Rusiya son 24 saat ərzində 71 hücum həyata keçirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
Xəbərə görə, hücum zamanı minaatanlar, Qradlar, tanklar, tank əleyhinə sistemlər, təyyarələr və PUA-lardan 392 mərmi atılıb. Təkcə Xerson şəhərinə 20 mərmi düşüb.
“Rusiya hərbçiləri regionun yaşayış məntəqələrinə, Xerson vilayətindəki zavod və traktor briqadasının ərazisinə, mağazaya, təhsil və tibb müəssisələrinin binalarına, Berislavsk vilayətində mühüm infrastruktur obyektinə hücum ediblər”-deyə rəsmi məlumatda bildirilir.
Hücum nəticəsində bir nəfərin həlak olduğu, daha 6 nəfərin yaralandığı, onlardan ikisinin uşaq olduğu vurğulanıb.
//Safura Bənnayeva,Editor.az

