Xersonda dünya çempionu qaçırıldıbackend

Xersonda dünya çempionu qaçırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xersonda ruslar Korabel Rayon Şurasının deputatı Dmitri Afanasyevi qaçırıblar.

Bu barədə Xerson Regional Şurasının deputatı Sergey Xlan məlumat verib. Onun sözlərinə görə, “Korabel Rayon Şurasının deputatı, Avropa Həmrəyliyi fraksiyasının rəhbəri Dmitri Afanasyev ruslar tərəfindən qaçırılıb. Bu, dünya şöhrətli idmançı, beynəlxalq dərəcəli təlimatçı, Ukrayna taekvondo millisinin məşqçidir”.

Editor.az-ın “Ukrainskaya pravda”ya istinadən yaydığı xəbərə görə, martın 22-də Xersonda keçirilən aksiya zamanı Dmitrinin həyat yoldaşına hücum olub. Onu qorumağa çalışarkən özünü döyüb, qbırğalarını sındırıblar. İki saatdan sonra rus hərbçiləri ailənin evinə gəliblər. Onlar rayon şurasının deputatının şəxsiyyət vəsiqəsini, müşahidə kameralarındakı videomaterialı və mobil telefonundakı görüntüləri müsadirə ediblər. Evdə olan bütün kişilər saxlanılıb, onların arasında Dmitrinin dostları da olub.

Martın 23-də deputatın evində yenidən axtarış aparılıb və ağır işgəncələrə məruz qaldığı bildirilən məhbuslardan biri sərbəst buraxılıb. Saxlanılan digər kişilər hələ də əsirlikdədir və onlara qarşı təhqir və təzyiqlər davam edir.

Editor.az