Rus işğalçıları işğal edilmiş Xersonda imperatriça II Yekaterinaya abidə ucaltmağa hazırlaşırlar. Bu barədə Xerson vilayətinin qondarma rəhbəri Volodimir Saldonun Rusiya Federasiyası Prezidentinin Administrasiyasına müraciətində bildirilir.
Müraciətdə deyilir: “Xerson vilayətinin hərbi-mülki administrasiyasının rəhbərliyi əhalinin şəhərin banisi II Yekaterinanın xatirəsinin əbədiləşdirilməsi təşəbbüsünü dəstəkləyərək, əsası 244 il əvvəl qoyulmuş bu şəhərdə böyük imperatriçanın abidəsinin yaradılmasına yardım və dəstək etməyə çağırır”. Müraciət Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin köməkçisi, tarixə həvəsli Vladimir Medinskiyə göndərilib. Lakin Saldo bu müraciətə imperatriçaya abidənin ucaldılmasına ictimai dəstəyi sübut edən hər hansı bir sosioloji sorğunun nəticələrini əlavə etməyib.
Editor.az

