Xersonda mülkü əhaliyə qarşı cəza tədbirlərinə başlanılıbbackend

Xersonda mülkü əhaliyə qarşı cəza tədbirlərinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus qoşunları Xerson vilayətində Ukrayna bayraqları ilə etiraz mitinqləri keçirən çıxan ukraynalı vətənpərvərləri saxlamağa başlayıblar.

Editor.az-ın “Ukrainskaya Pravda” ya istinadən verdiyi məlumata görə, Xerson şəhəri sakinlərinin şiddətli müqaviməti ilə qarşılaşan rus qoşunları hərbi-polis rejimi tətbiq etmək məqsədilə Xerson vilayətinə Milli Qvardiyanın bölmələrini yeridib və artıq 400-dən çox Ukrayna vətəndaşı həbs edilib.

Bəzi mənbələrdən verilən məlumata görə, Rusiya hakimiyyəti mülki əhalinin müqavimətini qırmaq üçün ələ keçirilən Ukrayna şəhərlərində cəza əməliyyatları keçirmək barədə FSB-yə xüsusi tapşırıq verib.

//Gülnarə Abasova, Editor.az