Xerson vilayətinin Geniçesk vilayətində Rusiyanın “Su-34” təyyarəsi qəzaya uğrayıb.
Editor.az “Azadlıq Radiosu”nun məlumatına istinadən bildirir ki, təsdiqlənməmiş məlumatlara görə, o, vurulub. “Crimean Wind” xəbər verir ki, Rusiyanın “Su-34” təyyarəsi Ukrayna şəhərlərinə raket atdıqdan sonra radarlardan itib.
Bunun “Heniçesk vilayətindən 2000 m yüksəklikdə” baş verdiyi iddia edilir. Telegram kanalı əlavə etdi: “Ən azı 4 yanğınsöndürən maşını və təcili yardım təyyarənin qəzaya uğradığı yerə gedib.”
//Samir Qurbanov, Editor.az

