Xersonda rusların komanda məntəqəsini vurduq – Arestoviçbackend

Xersonda rusların komanda məntəqəsini vurduq – Arestoviç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda Xerson vilayətində Rusiyanın çox yüksək səviyyəli komanda məntəqəsini vurub.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, zərbə nəticəsində hədəf bir neçə saat partlayıb.

“Xerson vilayətində yüksək səviyyəli idarəetmə məntəqəsini vurduq. Bəlkə briqadadan da yüksək idi. Sağsahil üçün çox böyük nəticədir. Sursatlar 3-4 saat partlayıb. Belə gözəl hadisə baş verdi”, – Arestoviç bildirib.

Axar.az