Rusiya hərbçiləri son 24 saat ərzində atışma zamanı Xersonda yük gəmisini vurublar. Xerson vilayətinin atəşə tutulması nəticəsində isə bir nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Editor.az bildirir ki, bu barədə Xerson VHA-nın rəhbəri Aleksandr Prokudin məlumat verib. “Rusiya hərbçiləri regionun yaşayış məntəqələrini vurub, 12 hündürmərtəbəli bina və 15 fərdi yaşayış evi zədələnib. Xersonda yük gəmisində zərbələr qeydə alınıb, avtomobillərə ziyan dəyib”.
Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində fermaya və taxıl elevatoruna da ziyan dəyib. Düşmən hələ də aviasiyadan Xerson bölgəsini atəşə tutub. Zelenovka kəndi yaxınlığında isə idarə olunan bomba atılıb.
//Samir Qurbanov, Editor.az

