Rus işğalçıları Xerson vilayətinin Skadovsk və Kalançak sakinləri tərəfindən Rusiya pasportlarının alınmasını sürətləndirməyə çalışır və bu yolda insanları əmlaklarının müsadirəsi ilə hədələyirlər:
“Düşmən Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində Ukrayna vətəndaşlarının Rusiya tərəfindən məcburi pasportlaşdırılmasını davam etdirir”.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Rusiyanın Skadovsk və Kalançakdakı qondarma “hakimiyyət” şəxsi əmlakının müsadirəsi ilə hədələyərək, Rusiya pasportlarının alınması, biznes, daşınar və daşınmaz əmlakın Rusiya qanunvericiliyinə əsasən yenidən qeydiyyata alınması prosesini sürətləndirməyə məcbur edir.
Rusiya pasportu olmayan təqaüdçülər təqaüdsüz qalmaqla hədələnirlər. Nəticədə yerli vətəndaşlar arasında sosial gərginlik yaranıb, əmlakını və bizneslərini itirmək qorxusu yaranıb”, – Baş Qərargahdan bildiriblər.
//Samir Qurbanov,Editor.az