Xersondan sonra Luqansk vilayətində Rusiya ordusuna divan tutulurbackend

Xersondan sonra Luqansk vilayətində Rusiya ordusuna divan tutulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri işğal olunmuş Luqansk vilayətinin Horske şəhərində rus işğalçılarının mövqelərinə dəqiq zərbələr endirib. Nəticədə 27 işğalçı həlak olub, 18-i yaralanıb.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında deyilir. ” Ukrayna Müdafiə Qüvvələri Luqansk vilayətində Qorskoe yaşayış məntəqəsi ərazisində cəmləşmiş düşmən qruplaşmasının məhv edildiyini təsdiqləyib. Yüksək dəqiqlikli zərbədən sonra düşmənin itkiləri 27 nəfər ölü və 18 nəfər yaralı ilə ifadə olunur”, – məlumatda deyilir. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənə 11 zərbə endirib.

O cümlədən, şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 8 nöqtə və düşmənin zenit-raket komplekslərinin olduğu 3 mövqe vurulub. Raket və artilleriya bölmələri isə işğalçıların bir komanda məntəqəsini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 11 nöqtəni və digər mühüm hərbi obyektləri vurub.

  //Samir Qurbanov,Editor.az