Xəyanətə görə dostunu öldürdü, arvadını isə… – Samuxdakı qətlin TƏFƏRRÜATLARIbackend

Xəyanətə görə dostunu öldürdü, arvadını isə… – Samuxdakı qətlin TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samuxda törədilən qətlin təfərrüatları məlum olub. 

Qətli törətməkdə şübhəli bilinən Mədət Tağıyevin atası Fəzail Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, qətlə yetirilən Cavid Əliyev və hadisəni törədən Mədət Tağıyev dost olublar: “Mədət evdə ailəsi ilə yemək yeyərkən arvadı Aygünün dostu Cavidlə telefonla mesajlaşmasını tutub. Buna görə də xəyanətdə şübhələnib və Cavidi evinin qabağına çağırıb. Burada ona 4 bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra evə gəlib arvadı Aygünə də 1 bıçaq vuraraq, onu yaralayıb”. Qeyd edək ki, öldürülən Cavidin 2 azyaşlı uşağı var.

Hazırda prokurorluqda istintaq araşdırmaları davam etdirilir.