Ukrayna Milli Qvardiyasının “Rubej” çevik reaksiya briqadasının müdafiəçiləri xeyli sayda rus işğalçısını əsir götürüblər.
Editor.az xəbər verilir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Facebook sosial şəbəkəsində yaydığı məlumatda deyilir: “Uğurlu hərbi əməliyyat nəticəsində onlarla işğalçı “Rubej” briqadasının kəşfiyyatçılarına təslim olub”, – məlumatda deyilir.
O da maraqlıdır ki, əsir düşənlərin çoxu ölümə məhkum edilmiş hərbi “zek”lərdir. Lakin onlar həyatı seçib və silahlarını yerə qoyublar. Ukraynalı döyüşçülər onlara lazımi tibbi yardım göstəriblər: “Vəhşiliklər, mülki şəxslərin öldürülməsi, silahsızlara qarşı işgəncələr və zorakılıqlar Rusiyanın yoludur, ukraynalı döyüşçülər şərəf və ləyaqət sahibi döyüşçülərdir, ona görə də onlar əsir məhbuslara humanist yanaşırlar”, – deyə Daxili İşlər Nazirliyi bildirib.
//Samir Qurbanov, Editor.az

