Xeyriyyə yarmarkası: Bir ürək sevindirəkbackend

Xeyriyyə yarmarkası: Bir ürək sevindirək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin “Sosial iş” ixtisasının təşəbbüsü ilə “Bir ürək sevindirək” xeyriyyə yarmarkası keçiriləcək.

Kollecdən Editor.az a bildirilib ki, yarmarkada kollecin tələbələrinin hazırladığı yemək və əl işlərinin satışı, eyni zamanda, əyləncəli proqram təşkil olunacaq.

Əldə olunan gəlir sosial təminatı aşağı olan tələbələrə sərf ediləcək.