“Xəzər Lənkəran 42” haqsızlıqla barışmır – AÇIQLAMAbackend

“Xəzər Lənkəran 42” haqsızlıqla barışmır – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə futbolunda yeni mövsümdən 1-ci və 2-ci liqalar təşkil olunacaq.

Lakin bu yenilik bir çox köklü klubları turnirdən kənarda qoydu. Onlardan biri də “Xəzər Lənkəran 42″di.

“Football-plus.az” saytı komandanın peşəkar liqalarda çıxışına icazə verilməməsini səbəbini aydınlaşdırmaq üçün klubun təsisçisi və direktoru Höccət Hacıyevdən reaksiya öyrənib:

“Biz 1-ci liqada çıxışımıza icazə verilməsini gözləyirdik. Amma nəinki 1-ci liqa, heç yeni yaradılan 2-ci liqaya da buraxılmadıq. Qeyd etdiyim hər 2 liqada çıxış etmək üçün infrastrukturumuz var. Hətta hansısa iradlar olsaydı, qısa zamanda onları da aradan qaldırmağa qadir idik. Odu ki, hələ də bizim üçün müəmmalıdı ki, niyə peşəkar liqalara buraxılmadıq. İdman prinsiplərindən danışırıqsa, bizim həm futbol ənənəmiz, həm infrastrukturumuz, həm də digər lazımi vasitlərimiz var. Niyə bizi kənarda qoyurlar? Bundan başqa, Region Liqasındakı Şəki təmsilçisiylə pley-off matçımızda da hakim aşkar şəkildə qayda pozuntularına yol verdi, rəqibə simpatiya bəslədi. Rəsmi qaydada müraciət etsək də, nə şikayətimizə baxıldı, nə də hakimlə bağlı tədbirin görülməsi haqda məlumatlandırıldıq. Qısası, bizə qarşı haqsızlıqlar davam edir”.